"Şamaxı" klubu Kamal Bayramovla müqavilə bağladı
Kateqoriya məlum deyil
2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan “Şamaxı” klubu Kamal Bayramovla müqavilə bağlayıb.
Sfera.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. K.Bayramov son mövsümü "Turan Tovuz"da keçirib.






