"Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

"Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

 

Sfera.az idman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi "Bandırmaspor"la müqavilə imzalayıb.

 

Bu barədə klub mətbuat xidməti məlumat yayıb. Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il "Qarabağ"ın şərəfini qoruyan Diakabi mövsümün sonunda komandadan ayrılıb.

 

Qeyd edək ki, fransalı futbolçu "Qarabağ"ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.

 

 


OXŞAR XƏBƏRLƏR

Mingəçevirdə axtarışlara amfibiya təyyarəsi cəlb olundu- VİDEO

Xəbər verildiyi kimi, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batdığı ehtimal olunan Zaqatala rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc...

Ararat Mirzoyan sabah Gürcüstana rəsmi SƏFƏR EDƏCƏK

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Gürcüstana rəsmi səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb...

Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi TƏYİN OLUNDU

Xorvatiya millisinin sabiq futbolçusu İvitsa Oliç ölkəsinin U-21 yığmasına baş məşqçi təyin olunub.   Sfera.az xəbər verir ki, 44 yaşlı mütəxəssis so...

Dəstəfurçay-Qaraqollar çayından sel keçib - FAKTİKİ HAVA

Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veril...

Bu məktəbin direktoru vəzifəsindən AZAD EDİLDİ - FOTO

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub. Sfera.az-ın report-a istinadən əldə etdiyi məlumata ...

Nazirlik: "Azərbaycan mobil internetə qoşulmada irəliləyib"

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib. Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xə...