"Mançester Yunayted" "Barselona"nın bu futbolçusu ilə MARAQLANIR

"Mançester Yunayted" "Barselona"nın bu futbolçusu ilə MARAQLANIR

İngiltərənin "Mançester Yunayted"i "Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo ilə çox maraqlanır. 


Sfera.az xəbər verir ki, İngiltərə klubu 25 yaşlı idmançının öz komandasına keçəcəyi təqdirdə onun maaşını iki dəfə artırmağa hazırdır. Məlumata görə, daha əvvəl uruqvaylı müdafiəçi artıq “Barselona”nın yeni müqavilə imzalamaq təklifini rədd etsə də, sonradan onun müzakirəsinə qayıdacağına söz verib. Kataloniyalılar futbolçu ilə bağlı məsələni iyunun 30-dək həll etmək istəyirlər.

 

Xatırladaq ki, ötən mövsüm o, otuz səkkiz matçda iştirak edib, bir qol vurub və iki effektli ötürmə edib. Arauxonun bazar dəyəri 70 milyon avrodur. Hazırkı müqavilə 2026-cı ilin yayına kimi hesablanıb.


İnci


OXŞAR XƏBƏRLƏR