Logo

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verildi

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Sfera.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar mübarizə aparır.

Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qüvvəsini sınayır. İştirakçılar şəxsi, qoşa və qarışıq-qoşa növlərində bacarıqlarını nümayiş etdirirlər.

Ölkə birinciliyində fəxri kürsüyə yüksələn idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR