AVRO-2024: Çexiya - Türkiyə oyununda rekord göstərici qeydə alındı

AVRO-2024: Çexiya - Türkiyə oyununda rekord göstərici qeydə alındı

Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinin Çexiya və Türkiyə yığmaları arasında baş tutan oyununda rekord göstərici qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, matç zamanı isveçrəli baş hakim Sandro Şörer futbolçulara 18 vərəqə (16 sarı, 2 qırmızı) göstərib.

 

Qeyd edək ki, F qrupunda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gələn Türkiyə 1/8 finala yüksəlib. "Ay-ulduzlular"ın pley-offda rəqibi Avstriya yığması olacaq.


OXŞAR XƏBƏRLƏR