“Neftçi” klubuna yeni baş icraçı direktor TƏYİN EDİLDİ

“Neftçi” klubuna yeni baş icraçı direktor TƏYİN EDİLDİ

“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub.

 

Sfera.az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.

 

İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuşdu. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.

 

Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

 

Bununla yanaşı, “Neftçi” PFK-nın yeni Müşahidə Şurası təsdiqlənib. Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: "Türkiyə Suriya ilə diplomatik əlaqələri bərpa etməyə hazırdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriya ilə diplomatik münasibətləri bərpa etməməsi üçün heç bir səbəb yoxdur. Ankara Dəməşqlə əl...

İranda səsvermənin vaxtı daha iki saat UZADILDI

  İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb. Sfera.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü...

Yüz yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI

Amerika Birləşmiş Ştatlarının yüzillik sakini onun yubileyinə qədər sağ qalmasına, bədən və ruhda canlılıq saxlamasına nəyin kömək etdiyini söyləyib.  &...

Su təchizatı ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

Azərbaycanda su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiq edilib.   Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sfera.az-a veril...

Maldivdə nazir cadugərlikdə ittiham olunaraq HƏBS EDİLDİ - FOTO

Maldiv adaları polisi ölkənin Ətraf mühit və energetika naziri Fathimat Shamnaz Ali Saleem və onun iki ortağını həbs edib.   Sfera.az bildirir ki, na...

Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər TƏYİN OLUNDU

Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin olunub.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iyunun 28-...