"Mançester Yunayted"in sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna GƏTİRİLİR

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna gətirilir.

 

Sfera.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, “ağ-qaralar” Miodraq Bojoviçin gedişindən sonra bu posta norveçli məşhur mütəxəssis Henninq Berqin namizədliyini nəzərdən keçirir.

 

Futbolçu karyerasına ölkəsinin “Volerenqa” klubunda başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra "Lillestrom"a transfer olunub. Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Berq daha sonra İngiltərənin “Blekbern” komandası ilə müqavilə bağlayıb. 4 il bu klubun əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub. O, “qırmızı şeytanlar”la iki dəfə ölkə çempionatının (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.

 

Mütəmadi olaraq Norveç milli komandasına da dəvət alan Berq yığmanın heyətində 100 oyun keçirib və 9 qarşılaşmada fərqlənməyi bacarıb.

 

Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı ”Omoniya” klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb. O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub. Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın ”Leqiya” klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa Kubokunun sahibi olub.

 

H.Berq son olaraq 2023/2024 mövsmündə İsveçin AİK klubunu çalışdırıb.


OXŞAR XƏBƏRLƏR

Maldivdə nazir cadugərlikdə ittiham olunaraq HƏBS EDİLDİ - FOTO

Maldiv adaları polisi ölkənin Ətraf mühit və energetika naziri Fathimat Shamnaz Ali Saleem və onun iki ortağını həbs edib.   Sfera.az bildirir ki, na...

Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər TƏYİN OLUNDU

Naxçıvan Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin olunub.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iyunun 28-...

MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən START VERƏCƏK

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri prosesinə start verəcək.   Sfera.az-ın report-a istinadən məlumatına görə, bununla ...

Şri-Lanka Rusiyadan müharibədə həlak olan muzdlulara görə təzminat TƏLƏB ETDİ - FOTO

Şri-Lanka Rusiyadan Ukraynadakı müharibə zamanı öz vətəndaşı muzdluların ölümünə görə təzminat istəyib. Bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyinin rəsmi sayt...

Bastrıkin Rusiyada ölüm hökmünün bərpa olunmasını TƏKLİF ETDİ

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ölüm hökmünün bərpa olunması imkanlarını nəzərdən keçirməyi təklif edib.   Sfera.az apa-ya isti...

Vaşinqton Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirməyə HAZIRDIR

Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət katibin...