Logo

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçı başa çatıb.

Sfera.az xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heyətində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, Bundestimin kapitanı İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 33 yaşlı yarımmüdafiəçi komandasının ikinci qolunun müəllifi olub.

Xatırladaq ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiya yığmasına da qalib gəlmişdi - 5:1.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR