Atletimiz Avropa birinciliyinin qalibi oldu

Atletimiz Avropa birinciliyinin qalibi oldu

15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

 

Sfera.az xəbər verir ki, bu gün onlardan daha ikisi – Əbdülhüseyn Hüseynov və Kamran Xappayev körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Əbdülhüseyn toplam 207 kq (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

 

Kamran Xappayev isə daha uğurlu çıxış edib. Atletimiz birdən qaldırma hərəkətində 102 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

 

O, eynu uğura təkanla qaldırma hərəkətində nail olub. 125 kq-ı ram edən idmançı yenə də rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

 

Kamran Xappayev toplam 227 kq (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


OXŞAR XƏBƏRLƏR

Gəncədə partlayış zamanı Samux sakin ağır yanıq XƏSARƏTLƏRİALDI

Gəncədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.   Sfera.az-ın məlumatına görə, Samux rayon sakini, 1969-cu il təvə...

Azərbaycanda bədbəxt HADİSƏ - 19 yaşlı hamilə qadın...

Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.   Sfera.az-ın məlumatına görə, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.   İlki...

Cəlilabadın gənc sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

Cəlilabadın Qarazəncir kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.   Sfera.az-ın məlumatına görə, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən...

Şumaxeri şantaj edən ata və oğul HƏBS EDİLDİ

Almaniya hakimiyyəti keçmiş “Formula 1” pilotu Mixael Şumaxerin ailəsini şantaj etməkdə şübhəli bilinən ata və oğulu həbs edib.    S...

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata KEÇİRİLDİ

Rusiya danışıqlar nəticəsində bu gün Ukrayna əsirliyində olan 90 rus əsgərini geri qaytarıb.   Sfera.az xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyini...

AVRO-2024: Niderland - Avstriya oyununun ən yaxşı futbolçusu bəlli oldu

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Niderland - Avstriya matçının ən yaxşı futbolçusu bəlli olub.   Sfe...