“Euro-2024”də Ukraynalı futbolçular ən yüksək səviyyədə qorunacaq

Almaniya futbol üzrə Avropa çempionatında Ukrayna millisini qorumaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri hazırlayır. Digər tədbirlərlə yanaşı, ölkədə 600-ə yaxın polis əməkdaşının çalışacağı situasiya mərkəzi yaradılıb.
Sfera.az xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) daxili işlər naziri Nensi Faeser mətbuata açıqlamasında hüquq-mühafizə orqanları əməkdaşlarının futbol turniri zamanı görəcəyi tədbirlərdən danışıb.
Nensi Feser Ukrayna komandasını qorumağın Almaniya polisi üçün çətin olacağını deyib.
Feser izah edib ki, Ukrayna yığmasının müdafiəsinə xüsusi diqqət yetiriləcək. Onun sözlərinə görə, bu, alman polisi üçün xüsusi çağırış olacaq. Nazir ukraynalıların hansı təhlükələrdən qorunacağını və bunun konkret olaraq necə ediləcəyini açıqlamayıb.
"Bu, bizim üçün xüsusi çağırışdır, biz bu komandanı xüsusi mühafizə altına almağa qərarlıyıq" - deyə Feser bildirib.
Almaniyalı nazir daha əvvəl yarış zamanı nizam-intizamı izləyəcək. O, Beynəlxalq Situasiya Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə 129 iş yerinin təchiz olunduğu bildirilir. Müşahidə kameralarından olan görüntülərin göstəriləcəyi 40 kvadratmetr sahəsi olan ekran da yaradılıb. 600 polis gecə-gündüz asayişə nəzarət edəcək. Onların arasında alman polisləri ilə yanaşı, 24 iştirakçı ölkənin nümayəndələri də var.
Futbol üzrə Avropa Çempionatı - təfərrüatlar
Qeyd edək ki, 2024-cü ildə futbol üzrə Avropa çempionatı Almaniyada baş tutacaq. İyunun 14-dən iyulun 14-dək 24 futbol komandası bir-biri ilə mübarizə aparacaq. Ukrayna E qrupunda çıxış edəcək: onun rəqibləri Belçika, Slovakiya və Rumıniya yığmaları olacaq. Dörd il əvvəl turnirin qalibi olan hazırkı Avropa çempionu İtaliya komandasıdır.
Aysel
Sfera.az