“Formula-1”: Azərbaycan Qran-Prisi akkreditasiyaya start verildi

“Formula-1”: Azərbaycan Qran-Prisi akkreditasiyaya start verildi

Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu gündən etibarən media nümayəndələri üçün akkreditasiya qeydiyyatına start verir.

 

Sfera.az xəbər verir ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü işıqlandırmaq istəyən KİV nümayəndələri Akkreditasiya Portalına daxil olaraq qeydiyyat üçün onlayn qaydada müraciət edə bilərlər. Media nümayəndlərindən qeydiyyatdan öncə linkə keçid edərək portaldan istifadə qaydalarının əks olunduğu İstifadəçi Təlimatı ilə tanış olmaları xahiş olunur.

 

Yarışlara qeydiyyat 12 iyun tarixindən etibarən start götürüb 22 iyul, saat 15:00-dək davam edəcək.

 

Natamam və ya 22 iyul tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

 

Qeyd edək ki, 13-15 sentyabr 2024-cü il tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi 2024 daxil olmaqla,  FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və  Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyat prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icra olunur.

 

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 206 45 60 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....

Bakıda AĞIR QƏZA: 3 avtomobil toqquşdu - ANBAAN VİDEO

Bu gün saat 09:00 radələrində Zabrat yolunda ağır qəza baş verib.   Sfera.az-ın məlumatına görə, 3 avtomobilin toqquşması ilə baş verən hadisəd...

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı DAŞINACAQ

Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.   Sfera.az xəbər verir ki, bunu Bakıda ke...

Yaşar Gülər: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə ...

Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib. ...

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...