“Qarabağ” Lunyovun yerinə bu qapıçı ilə ANLAŞDI - FOTO

“Qarabağ” Lunyovun yerinə bu qapıçı ilə ANLAŞDI - FOTO

Rusiyalı qapıçı Andrey Lunyovla yollarını ayıran "Qarabağ” onun yerini xorvat qolkiperlə dolduracaq.

 

Sfera.az futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu Portuqaliyanın "Vizela” klubunda çıxış edən Fabiyan Buntiçlə anlaşıb. 

 

27 yaşlı oyunçu bu gün Bakıya gələcək. O, tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Fabiyan Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən "Ştutqart”da yetişən qapıçı bu klubun U-19 komandasına kimi yüksəlib, 2016-cı ildə "İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabiyan, 2022-ci ildə "Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matçda 62 top buraxan Buntiç Xorvatiyanın U-18 və U-19 millilərində çıxış edib.


OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...