Rusiyanın ən bahalı futbolçularının adları AÇIQLANDI

Rusiyanın ən bahalı futbolçularının adları AÇIQLANDI
Kateqoriya məlum deyil
T

"Transfermarkt" portalı ən bahalı rusiyalı futbolçuların adını açıqlayıb.

 

Sfera.az  xəbər verir ki, siyahıya “Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin başçılıq edir . Futbolçunun dəyəri 30 milyon avro olaraq qiymətləndirilir və əvvəlki reytinqdən dəyişməyib.

 

Onu "Krasnodar"ın qapıçısı Matvey Safonov izləyib. O, 2 milyon bahalaşıb və hazırda 20 milyon avro dəyərindədir. İlk üçlüyü İspaniyanın “Real Sosyedad” klubunu təmsil edən Arsen Zaxaryan bağlayıb və onun dəyəri 3 milyon avro artıtıb (cari dəyər - 18 milyon avro).

 

Mayın 25-də Safonovun PSJ-yə keçməyə yaxın olduğu xəbəri yayılmışdı. Klubların 5 illik müqavilə imzalanması ilə bağlı yekun razılığa gəldiyi dəqiqləşib. Lakin qapıçının alimentə görə 60 milyon borcu və Rusiyadan çıxış qadağası səbəbindən transferi təhlükə altındadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR