Millimiz Albaniyaya məğlub oldu
Kateqoriya məlum deyil
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Sfera.az xəbər verir ki, müvəqqəti olaraq Arif Əsədovun rəhbərlik etdiyi yığmamız Albaniya milli komandası ilə üz-üzə gəlib.
Sözügedən komandaların yoldaşlıq oyunu Macarıstanın Sombatxey şəhərində təşkil olunub. Qarşılaşma Albaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz eyni məkanda iyunun 11-də Qazaxıstan yığmasıyla da yoxlama oyunu keçirəcək.
Yoldaşlıq oyunu
7 iyun
Albaniya – Azərbaycan 3:1
Qollar: Nedim Bayrami, 12, Rey Manaj, 81, Qazim Laci, 87 - Musa Qurbanlı, 90+1.
Hakimlər: Mixali Kaprali, İstvan Albert, Gerqo Viqh-Tarsonyi, İstvan Vad (Macarıstan).
Sombatxey, “Haladas SportKomplexum”.






