Mahir Emreli Canni De Byazini TƏNQİD ETDİ

Mahir Emreli Canni De Byazini TƏNQİD ETDİ

“Mənim nə düşünəcəyim əsas deyil. İstər yerli, istərsə də əcnəbi müxtəxəssis olsun, futbolçularla fərdi xüsusiyyətlərinə görə davranmağı bacarmalıdır. Bu o demək deyil kimlərəsə fərq qoysun, birinə aşağıdan, digərinə yuxarıdan baxsın”.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri sport24.az saytına müsahibəsində Azərbaycan millisinin hücumçusu Mahir Emreli bildirib.

 

Zaqreb “Dinamo”sunun 26 yaşlı futbolçusu bildirib ki, hər futbolçuya eyni gözlə baxmaq düz deyil: “Məsələn, Ramilə başqa, Mahirə başqa cür yanaşmalısan. Çünki fərqli beyinə, düşüncəyə sahibik”.

 

O, Robert Prosnieçkini Azərbaycan millisində işləmiş ən yaxşı məşqçi adlandırıb: “Bəli, məni A millimizə 20 yaşım olanda Robert Prosineçki cəlb etmişdi. Norveçlə rəsmi oyunda əsas yığmada debüt etmişəm. Onun digərlərindən üstünlüyü o idi ki, futbolçulara istəyini aşılayır, onların arxasında durur və rahatlıq verirdi. Norveçlilərə qarşı ilk oyunumda çox həyəcanlı idim. Mənə yaxınlaşıb dedi ki, “həyəcanlanma, futbol ən maraqlı idman növüdür. Dünyada yüzlərlə peşə var. Amma sən futbolçu olmağı seçmisənsə, bundan zövq al və çıx rahat oyununu oyna”. Cənab Prosnieçki hər bir futbolçuya fərqli yanaşıb, onları oyunlara motivasiya edirdi”.

 

Emreli bildirib ki, millinin baş məşqçisi olmuş Canni de Byazi isə ona gərginlik yaradıb: “Onun zamanında anlaşılmazlıq çox olurdu. Üzərimizə çox gəlirdi, bizə təzyiq göstərirdi. Onsuz da klublarımızdan yorğunluqla milliyə gəlirdik. Burda gəlib daha rahat olub, fərqli motivasiya görməliydik. Amma əksi olurdu. Yersiz yanaşmaları çox olurdu. Müqayisə üçün deyim ki, Prosnieçkinin zamanında 10-15 dəqiqə ərzində ümumi iclas olardı. Amma italiyalı bizi ən azı bizi 50 dəqiqə saxlayırdı. İş orasındaydı ki, vaxt uzunluğu heç də faydalı iş əmsalını artırmırdı. Bundan başqa rəqiblərimizin son oyununu bizə tam 90 dəqiqə məcbur izlədirdi. Halbuki oyunun əsas yadda qalan anlarını bizə göstərmək kifayət edirdi. Bundan başqa adam köməkçiləriylə də yola getmirdi. Ona görə 3 ilə yaxın müddətdə neçə dəfə köməkçilərini dəyişdi”.

 

Emreli millinin hazırkı heyəti son 30 ilin ən yaxşısı hesab edir. O, bununla bağlı deyib: “Bizdə nədənsə hazırkı millini və heyətini ən yaxşı adlandıranda bir çox veteranın xoşuna gəlmir, bunu qısqanclıqla qəbul edir. Amma biz həmin veteranların futbolçu karyeralarını yüksək qiymətləndirmişik. Fərdi keyfiyyət baxımından bizdən yuxarı nəsil futbolçuların üstün tərəfləri olub. Hesab edirəm ki, bu gün heyətimizdə Rəşad Sadıqov, Əfran İsmayılov, Vaqif Cavadov və digər bu kimi oyunçuların olması xoş olar və gücümüzə güc qatardı. Fikrimcə, komanda oyunu baxımından hazırkı heyət tarixin ən yaxşı komandasıdır. Amma veteranlarımızdan Mahmud Qurbanov hazırkı yığma futbolçularını zəif hesab edir. Ölkə xaricində çıxış edən oyunçuların daim ehtiyatda qalmasını tez-tez vurğulayır. Ən pisi də odur ki, onun dedikləri nə dərəcə real olduğunu heç kim araşdırmadı.

 

Bu gün deyirlər “Mahir az oynayır”. Mən də bu yanaşmaya qatılıram və davamiyyətdən xoşbəxt deyiləm. Amma bunu deyəndə mənim hansı çempionatda, komandada çıxış etməyim də nəzərə alınmalıdır. Bu gün Zaqreb “Dinamo”su “Barselona” səviyyəsində olmasa da, futbola yanaşmada və TOP-liqalara oyunçu ixracında futbol fabriki rolunu oynayır. Özümü tərifləmək kimi çıxmasın, amma belə bir klubun məni transfer etməsi, heyətində saxlaması böyük uğurdur. Neçə futbolçumuza bu nəsib olub?! Mənim Mahmud Qurbanovla heç bir problemim yoxdur. O, “Bakı”da oynayanda böyük həvəslə “professor”un oyununa baxırdıq. Hətta vaxtilə məni U-19 yığmamızdan qovan Nazim Süleymanov haqqında da mənfi fikirlər səsləndirməmişəm. Əksinə, onun futbolçu kimi “Liverpul”a qarşı oyunlarına bu gün də böyük həvəslə baxıram. Mən heç kimə pislik etməmişəm. Amma bir çox veteranların mənə qarşı neqativ yüklənməsini anlaya bilmirəm”.


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...