Türkiyə millisində ciddi itki

Türkiyə millisində ciddi itki
Kateqoriya məlum deyil
T

Türkiyə millisi itki ilə üzləşib. 

Sfera.az xəbər verir ki, “ay-ulduzlular”ın hücumçusu Ener Ünal AVRO-2024-ün heyətindən çıxarılıb. 

Buna “Bormunt”un şərəfini qoruyan forvardının zədələnməsi səbəb olub. 27 yaşlı futbolçunun millinin son məşqində sol ayağının baş barmağı sınıb. Müayinələrdən sonra məlum olub ki, zədə AVRO-2024 ərəfəsində və çempionatın gedişində tam sağalmayacaq. 
Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatında F qrupunda Portuqaliya, Çexiya və Gürcüstana qarşı mübarizə aparacaq. Qitə birinciliyi iyunun 14-dən iyulun 14-ə qədər keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR