Xavi "Barselona"nın baş məşqçisi postundan GETDİ

Xavi

"Barselona"nın rəsmi saytı Xavinin baş məşqçi postundan göndərildiyini yazıb.

 

Sfera.az xəbər verir ki, "Barselona" Xaviyə futbolçu və komanda kapitanı, həmçinin baş məşqçi kimi fəaliyyətinə görə təşəkkür edib və ona uğurlar arzulayıb. 


"Bu bazar günü  Sevilyada Xavi əsas komandanın baş məşqçisi kimi son oyununu keçirəcək”, - məlumatda deyilib.

 

Xatırladaq ki, yanvarın 27-də İspaniya çempionatının 22-ci turu çərçivəsində "Barselona" evdə "Vilyarreal"a uduzub (3:5).


Oyundan sonra Xavi mövsümün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR