Maradonaya məxsus "Qızıl top" hərracda satılmayacaq? - Ailəsi məhkəməyə MÜRACİƏT ETDİ

Maradonaya məxsus

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ailəsi 1986-cı il dünya çempionatından sonra ona verilən “Qızıl top” kubokunun hərracda satılmasının qarşısını almaq üçün Fransada məhkəməyə müraciət ediblər.

 

Sfera.az xəbər verir ki, turnirin ən yaxşı oyunçusuna verilən mükafatı Fransanın paytaxtı Parisdə bir antikvar satıcısı tapıb. Bundan əvvəl kubok on illər ərzində itmiş hesab olunurdu.

 

Kubokun iyunun 6-da Paris yaxınlığındakı Neuilly-sur-Seine şəhərində Aguttes Hərrac Evi tərəfindən hərraca çıxarılması planlaşdırılır.

 

2020-ci ildə 60 yaşında ürək çatışmazlığından vəfat edən Maradonanın vəkilləri milyonlarla avroya satılacağı ehtimal olunan bu kubokun onun beş varisinə məxsus olduğunu iddia edirlər.

 

Qeyd edək ki, məhkəmə satışın olub-olmayacağına qərarı mayın 30-da verəcək.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşero...