"İnter"in qələbəsi bütün gecə DAVAM ETDİ

İdman
16:45 / 23.04.2024
2162
"İnter"in kapitanı Lautaro Martinez səhər saat 4-ə qədər komandasının çempionluğunu azarkeşləri ilə qeyd edib.
Sfera.az bildirir ki, “İnter” A Seriyasının 33-cü turunun “Milan”la matçının (2:1) yekununda 2023/2024 mövsümü üçün vaxtından əvvəl İtaliya çempionu olub.
Beləliklə, indi bütün İtaliya komandaları bu mövsüm "İnter"ə çatmaq üçün riyazi şanslarını itirib.
Qeyd edək ki, komandalar arasında görüş Milanda (İtaliya) keçirilib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb və bu, onlara erkən çempionluğu gətirib.
Fatimə Lətif