Logo

94 illik tarixlərində ilk dəfə bunu bacardılar

94 illik tarixlərində ilk dəfə bunu bacardılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Jirona” İspaniya La Liqasının 32-ci turunda evdə “Kadis”lə üz-üzə gəlib.

Sfera.az xəbər verir ki, görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə “Jirona” növbəti mövsümdə avrokuboklara vəsiqəni təmin edib.

“Jirona” La Liqada 2023/2024 mövsümünün bitməsinə 6 tur qalmış turnir cədvəlində 68 xalla 3-cü yerdədir. Sıralamaya və qazanılan xallara əsasən, mövsümün sonunadək bu komandanın ilk “6-lıq”dan aşağı pilləyə düşməyəcəyi dəqiqləşib. Bu da Avropa Liqasında iştirak hüququ verir.

Qeyd edək ki, “Jirona” tarixində ilk dəfə Avropa yarışlarında iştirak edəcək. Klub 1930-cu ildə yaradılıb. 94 il ərzində komanda İspaniyanın yüksək divizionunda cəmi 4 mövsüm keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR