Logo

ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq

ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasının 2024/25 mövsümündə A seriyasının beş klubu iştirak edəcək.

Sfera.az xəbər verir ki, bu, ötən gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra dəqiqləşib. "Atalanta" və "Roma" turnirdə yarımfinala adlayıblar.

Nəticədə İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı 2 liqası sırasında yer almağı təmin edib. 2024/2025 mövsümündə A Seriyasının 8 iştirakçısı avrokuboklarda mübarizə aparacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında, 1-i isə Konfrans Liqasında çıxış edəcək.
İtaliyanın ÇL-dəki iştirakçı sayı 6-ya da yüksələ bilər. Bunun üçün “Atalanta” və ya “Roma” Avropa Liqasının qalibi olmalı, və qalib komanda A seriyasında ilk “5-lik”dən kənarda qalmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR