\"Real\"ın baş məşqçisindən REKORD - İlk dəfə...

\

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında 200 oyun keçirən ilk məşqçi olub.

 

Sfera.az bildirir ki, rekord "Real Madrid" - "Mançester Siti" (3:3) arasında turnirin 1/4 final mərhələsinin ilk görüşündə qırılıb.

 

Belə ki, bu matç italyan mütəxəssis üçün Madriddəki 200-cü oyun olub. Həmin göstərici üzrə ikinci yeri Çempionlar Liqasında 190 oyun keçirən “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson tutur.

 

Xatırladaq ki, Ançelotti iki dəfə “Milan”la, iki dəfə “Real Madrid”lə Çempionlar Liqasının qalibi olub.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR