Logo

"Bu klub kifayət qədər yetkin deyil" - Poçettino

"Bu klub kifayət qədər yetkin deyil" - Poçettino
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqada liqanın əsas autsayderi "Şeffild Yunayted"lə oyunda əldə olunan heç-heçəni (2:2) şərh edib.

Sfera.az bildirir ki, təqaüdçülər Silva və Maduekenin qollarından sonra öndə olsalar da, əlavə vaxtda qələbəni əldən veriblər.

Poçettino deyib ki, onun klubu hələ lazımi qədər yetkin deyil:

“52 yaşım var və hər hansı komandanın yarışmağa hazır olub-olmadığını çox tez müəyyənləşdirirəm. Ola bilsin ki, bu klub üç gündən bir matç keçirəcək qədər yetkin deyil. Layiqli komanda yaratmaq üç-beş illik prosesdir”.

Qeyd edək ki, "Çelsi" 44 xalla Premyer Liqa cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Aprelin 15-də “Təqaüdçülər” liqada “Everton”u qəbul edəcək.

Fatimə Lətif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR