"Qarabağ" evdə "Səbail"ə qalib gəldi

"Qarabağ" evdə "Səbail"ə qalib gəldi
Kateqoriya məlum deyil
T

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

 

Sfera.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4-2 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qolu 7-ci dəqiqədə qonaqlardan Nir Bardea vurub. 15 və 40-cı dəqiqələrdə Yasin Benzianın dublu sayəsində Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.

 

69-cu dəqiqədə Toral Bayramov 90-cı dəqiqədə isə Nəriman Axundzadə meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib. Paytaxt klubunun ikinci hissədə yeganə qolu 88-ci dəqiqədə Rüfət Abdullazadənin ayağına yazılıb.

 

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Sabah"ı 2 cavabsız qolla məğlub edib. Tura sabah yekun vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR