"Liverpul" bu məşqçi ilə anlaşsa, 20 milyon təzminat ödənilməli olacaq

Kateqoriya məlum deyil
T
"Sportinq"in baş məşqçisi Ruben Amorim işini "Liverpul"da davam etdirə bilər.
Sfera.az bildirir ki, yaxın günlərdə "Liverpul" Amorimin meneceri ilə görüş keçirəcək.
Xatırladaq ki, Amorimin "Sportinq" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Daha əvvəl məlumat yayılmışdı ki, əgər xarici bir klub mütəxəssisi 2024-cü ilin yayında işə dəvət etmək istəsə, o, təzminat olaraq 20 milyon avro ödəməli olacaq.
Xatırladaq ki, Ruben 2020-ci ilin martında “Sportinq”ə rəhbərlik edib. Onun rəhbərliyi altında klub Portuqaliya Çempionatının (2020/2021), iki Portuqaliya Kubokunun (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunun (2021/2022) qalibi olub.
Fatimə Lətif






