Erik Ten Haq "Mançester Yunayted"i tərk edə bilər

Erik Ten Haq "Mançester Yunayted"i tərk edə bilər
Kateqoriya məlum deyil
T

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq mövsümün sonunda İngiltərə klubunu tərk edə bilər.

 

Sfera.az bildirir ki, son qərar hələ verilməyib.

 

Qeyd edək ki, Ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"in baş məşqçisidir. 53 yaşlı mütəxəssis ümumilikdə bütün turnirlərdə 104 oyun keçirib və komandası həmin oyunların 63-də qalib olub.

 

Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqa cədvəlinin altıncı pilləsində qərarlaşıb. "Qırmızı şeytanlar"ın 30 matçda 48 xalı var.

 

Fatimə Lətif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR