Logo

Qadın futbolçularımız Macarıstanla səfərdə heç-heçə ediblər

Qadın futbolçularımız Macarıstanla səfərdə heç-heçə ediblər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Sfera.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstanla üz-üzə gəlib.

B Liqasının I qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əvvəlcə 44-cü dəqiqədə meydan sahibləri Henrietta Çizarın qolu ilə hesabı açıblar. Lakin qarşılaşmada son nöqtəni 74-cü dəqiqədə Sevinc Cəfərzadə qoyaraq, komandamıza 1 xal qazandırıb.

Qeyd edək ki, yığmamız II turda aprelin 9-da İsveçrəni qəbul edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR