Qvardioladan tənqidçilərə SƏRT CAVAB: \"Razı deyiləm, o, dünyanın...\" - FOTO

Qvardioladan tənqidçilərə SƏRT CAVAB: \

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Erlinq Haalanda yönələn tənqidlərə cavab verib.

 

Sfera.az bildirir ki, baş məşqçi Haalandı ən yaxşı oyunçu hesab edib:

 

“Mən iddialarla razı deyiləm. O, dünyanın ən yaxşı hücumçusudur və keçən mövsüm qələbə qazanmağımıza kömək etdi”.

 

Qeyd edək ki, Haaland son vaxtlar matçlardakı təsirsizliyinə görə tənqid edilir. Norveçli hücumçu 2022-ci ilin yayında 60 milyon avroya "Borussiya Dortmund"dan "Mançester Siti"yə keçib. O vaxtdan bəri Haaland 88 matçda 81 qol vurub və 15 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR