Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK: "Pis örnəksən, əks halda..."

Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK:

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub.O, Bakıda “Bayer”ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək.

 

Sfera.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq.

 

Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.

 

Tofiq Bəhramov adına stadionda baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər – 1:1.

 

Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib.Sarı kart alan Elvin final fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən üzünü yenə hakimlərə tərəf tutaraq «kotostrofa» ifadəsini işlədib.

 

Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb. Elvinin son vaxtlar davamlı hal alan aqressivliyi Qurban Qurbanovu da hiddətləndirib.Sport.info-nun məlumatına görə, "Qarabağ"ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib. Saytın yazdığına görə, təcrübəli mütəxəssis hətta Elvini böyük miqdarda cərimələyib.Qurbanov Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışlara son qoymalıdır, çünki başqalarına pis örnək olur.Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək. 


OXŞAR XƏBƏRLƏR

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin...

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Elektron siqaretlər hamilə qalmaq şansını azaldır.   Sfera.az xəbər verir ki, bu barədə London Universitetinin alimləri araşdırma aparıblar. &nbs...

Sabah 32 dərəcə isti olacaq

Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Astroloqların araşdırmalarına görə, bəzi bürclər həmişə ətrafındakı insanlara qarşı dürüst davranırlar. Yalan danışmağı heç sevmirlər.   Sfera.az&nbs...

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak e...

"Putin Navalnının ölümündə günahkar deyil" - ABŞ kəşfiyyatı

Putin rusiyalı müxalifət lideri Navalnının ölümündə günahkar deyil.   Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” Mərkəzi ...