Kərim Benzema İstanbulda

Kərim Benzema İstanbulda
Kateqoriya məlum deyil
T

Dünya şöhrətli hücumçu Kərim Benzema İstanbula gedib.

 

Sfera.az bildirir ki, bu barədə “Fanatik” məlumat yayıb.

 

Belə ki, "Əl İttihad"ın heyətində məşqlərə başlayan fransalı ulduz məşqçisi Marselo Qalardo ilə mübahisə edib.

 

Məşqçi fransalı futbolçudan komandanı tərk edərək tək məşq etməyi tələb edib. Futbolçunun bu təklifi qəbul etmədiyi və Səudiyyə Ərəbistanını tərk edərək İstanbula gəldiyi iddia edilib. 

 

Benzemanın hansı səbəbdən İstanbula gəldiyi rəsmi olaraq açıqlanmayıb.

 

Fatimə Lətif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR