Logo

Dünya Qadın Seriyası: "Neftçi" qrup səddini adlayıb

Dünya Qadın Seriyası: "Neftçi" qrup səddini adlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Neftçi" Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində qrup səddini adlamağı bacarıb.

Sfera.az xəbər verir ki, təmsilçimiz B qrupunda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olsa da, sonuncu oyununda Çinin "Yuanda" klubuna 16:12 hesabı ilə qalib gəlib.

Azərbaycan klubu bununla da qrup üçüncüsü kimi "play-in"ə vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi"nin rəqibi Fransa millisi olacaq. Oyun sentyabrın 17-də, Bakı vaxtı ilə saat 11:25-də başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR