Hikmət Hacıyevin İtaliya mətbuatına müsahibəsi: “Şərtlərimiz budur ki...”

Hikmət Hacıyevin İtaliya mətbuatına müsahibəsi: “Şərtlərimiz budur ki...”

Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliyanın nüfuzlu ilsole24ore.com agentliyinə müsahibə verib. Sfera.az həmin müsahibəni təqdim edir.


Məqalədə xatırladılır ki, Azərbaycanla Ermənistan arasındakı böhran İtaliyanın strateji maraqlarını da risk altına alır. 30 ildir davam edən qarşıdurma dünyanın qaz və neft yataqları ilə zəngin bir bölgəsində daha da böyümə riski altındadır.



Bazar günü ABŞ-ın vasitəçiliyilə Azərbaycan və Ermənistan arasında imzalanan, Tramp tərəfindən coşqu ilə elan edilən humanitar atəşkəs rejimi başlamadan uğursuzluğa düçar oldu. Atəşkəs rejimi qüvvəyə minəndən bir neçə dəqiqə sonra yenidən silahlar danışmağa başladı.

 

-Cənab Hacıyev, atəşkəs bir daha başlamadan bitdi. 1992-1994-cü il müharibəsindən bəri danışıqlar yolu nəticə vermədi. Demək olar ki, vasitəçi olan xarici güclər status-kvonu hədəf gətürmüşdülər. Bu arada Avropa da təşəbbüsü götürmək istiqamətində addımlar atmadı...

 

-Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən Avropa Birliyini yüksək qiymətləndiririk. Ancaq dəstək tək sözlə ifadə edilməməlidir. Keçmiş Sovet İttifaqı ərazilərini əhatə edən bəzi münaqişələrə münasibətdə Avropanın mövqeyi daha ciddi olmuşdu. Avropa siyasi və iqtisadi gücdür. Özünü cəzasız hiss edən Ermənistana təzyiq göstərməlidir. 30 ilə yaxındır danışıqlar prosesi davam edir, lakin heç bir praktik nəticə yoxdur. Minsk Qrupunun (həmsədrliyi ABŞ, Fransa və Rusiyadan ibarətdir -red) yürütdüyü yanaşma bizi məyus etdi. Onun təşəbbüskar olmaması narahatedicidir.


Madrid prinsiplərinin əsaslarını müzakirə etməyə və münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində irəliləməyə hazırıq. Ancaq ermənilər "biz artıq Madrid prinsiplərini tanımırıq", "Qarabağ Ermənistan"dır kimi ifadələr işlətməklə münaqişənin dinc yolla həlində maraqlı olmadıqlarını ortaya qoydular. Ermənilər bu sayaq bəyannamələri ilə Madrid prinsiplərini bir neçə dəqiqə ərzində məhv etdilər.



-Razılaşmaq, eyni zamanda Dağlıq Qarabağın və 1992-1994 müharibəsində işğal olunmuş yeddi Azərbaycan rayonunun qaytarılmasını istəmək tamam başqa bir şeydir. Strategiyanız nədir?

 

-İlk addım 1992-1994-cü illərdə ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı Azərbaycan ərazilərinin azad edilməsidir. Təəssüf ki, heç vaxt ermənilərdən heç bir güzəşt görmədik. Minsk Qrupu BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün ermənilərə təzyiq göstərməlidir. Bu münaqişənin tək bir "danışıqlar paketi" ilə həll edilməsinin mümkün olmadığını yaxşı bilirik.

 

Deməli, bizim mövqeyimiz belədir: əvvəlcə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan rayonlarından, sonra da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olan işğaldakı Dağlıq Qarabağdan geri çəkilir. Bu, Madrid prinsiplərinə və tam dəstəklədiyimiz yol xəritəsinə uyğundur. İkinci məqam azərbaycanlı qaçqınların Dağlıq Qarabağ bölgəsinə qayıtmasıdır. Bu şərtlər yerinə yetirildikdə, digər məqamlara keçə bilərik.


-Lakin öz növbəsində Dağlıq Qarabağda yaşayan ermənilər, bölgə Azərbaycanın tərkibinə qayıtdıqdan sonra təqib olunmaq qorxusu yaşayırlar...


-Biz Dağlıq Qarabağda yaşayan erməni mənşəli sakinlərin haqqını heç vaxt inkar etməmişik. İşğaldan əvvəl Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar yanaşı yaşayıb. Əlbəttə, azərbaycanlı qaçqınların öz evlərinə qayıtmaq hüququ olmalıdır. Ancaq bu müddətdə biz bütün erməni sakinlərinin təhlükəsizliyini təmin etməyə və Cənubi Tirolda istifadə olunan muxtariyyət ehtimalına hazırıq.


-Azərbaycan İtaliyanın aparıcı xam neft tədarükçüsüdür və bu yaxınlarda Xəzər dənizindən çıxarılan təbii qazın nəql edilərək Apuliya sahillərinə çatdıran Cənub Qaz Dəhlizi kəməri fəaliyyətə başladı. Azərbaycanın enerji infrastrukturları nə qədər risk altındadır?



- Strateji mənbələrin təhlükəsizliyini ən yüksək şəkildə təmin etməyə çalışırıq. Ancaq yaxşı bilirik ki, münaqişənin böyüməsi fonunda enerji infrastrukturları ermənilərin hədəfinə çevrilə bilər. Bir müddət əvvəl onlar neft kəmərinin keçdiyi ərazini vurmuşdular. Buna görə də düşmənin bu yola gedəcəyini də istisna etmirik.


-Enerji qiymətlərində azalma, COVİD- 19 və indi də müharibə. Azərbaycan, sağalmaq ehtimalı olmayan iqtisadi böhrana düşmək təhlükəsi ilə üzləşmirmi?


-Neftin qiymətindəki enmə və pandemiya iqtisadiyyatımızı zəiflətdi. Buna baxmayaraq, Azərbaycanda iqtisadi sabitlik hökm sürür. Ehtiyatlarımız var və hərbi əməliyyatlar bitdikdən sonra təsdiqlədiyimiz islahatları həyata keçirərək iqtisadiyyatı sabitləşdirəcəyik.

 

-Son illərdə İtaliya və Azərbaycan ticari əlaqələrini xeyli gücləndirib...

 

-İtaliya ilə strateji tərəfdaşlığımız var. Fevral ayında prezident İlham Əliyev Romaya rəsmi səfər etdi. Bu rəsmi səfər zamanı müdafiə və hərbi əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə 20-dən çox müqavilə imzaladıq. Finmeccanica-dan qırıcı təyyarələr alacağımızı gözləyirik. İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq enerji, təhlükəsizlik, həm də mədəniyyət sahəsini əhatə edir.

 

-27 sentyabrda başlayan münaqişəyə qayıdaq. İlk günlərdən bəri Ermənistan Azərbaycan ordusunun yanında türk hərbi maşınları və döyüşçülərinin olmasını pislədi. İrəvan iddia edir ki, Türkiyə Suriyanın şimalından muzdlu əsgərlər göndərib.

 

-Qeyd etmək istərdim ki, Türkiyənin Azərbaycandakı dəstəyi siyasi və mənəvi dəstəkdir. Bundan artıq heç nə. Bizimlə yanaşı döyüşlərdə üçüncü tərəfdən olan şəxslərin iştirakı tamamilə yalandır. Bizim suriyalı muzdlulara ehtiyacımız yoxdur, ordumuz müasir və səmərəlidir.

 

-Yeni nəsil Türk pilotsuz təyyarələrinin istifadəsi çox təsirli bir silah olduğunu sübut edir. Ermənistan şikayətlənir ki, onlardan həm də qeyri-hərbi hədəfləri nişan almaq üçün istifadə edilir.



-Türkiyə istehsalı olan pilotsuz təyyarələrdən və digər ölkələrdən alınan hərbi texnikadan düşmənin hərbi hədəflərini vurmağa imkan verən dəqiq silahlardan istifadə edirik. Biz bunu inkar etmirik. Dronlar bunun üçündür. Qadağan edilmiş silahlardan istifadə edən isə ermənilərdir. Qəsdən şəhərlərimizi bombalayırlar.

 

-Erməni ordusundan daha güclü və müasir olan hərbi birləşmələriniz daha da irəliləmək üçün mübarizə aparır. Bunu necə izah edirsiniz?

 

-Əvvəla, hər zaman əsgərlərimizin həyatına diqqətlə yanaşır və eyni zamanda erməni mülki vətəndaşlarımıza ziyan vurmaqdan qaçmağa çalışırıq. Dağlıq Qarabağın coğrafiyası işləri çətinləşdirir; çaylar, dağlar və meşələr kimi bir çox təbii baryerlər var. Ermənilər II Dünya Müharibəsi üslubunda səngərlər düzəldib. Digər tərəfdən, ermənilərdə bahalı, müasir tanklar və digər silahların sayı kifayət qədərdir. Ermənistan kasıb bir ölkədir, bunlara sahib olmaq üçün çoxlu pul ödəmək imkanında deyillər. Bunları üçüncü ölkələr bağışlayıb.


Tərcümə etdi: Rüfət

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...