Heydər Əsədov kollektivə təqdim olundu - FOTO

Heydər Əsədov kollektivə təqdim olundu - FOTO
Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin olunmuş Heydər Əsədov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib. Əvvəlcə tədbirdə ADDA-nın mərhum rektoru Çingiz Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ASCO-dan Sfera.az-a bildirilib ki, qurumun sədri Rauf Vəliyev dövlət başçısı İlham Əliyevin dəniz nəqliyyatının, o cümlədən dənizçilik təhsilinin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan, akademiyanın tarixindən, yaşatdığı ənənələrdən, son illər əldə etdiyi nailiyyətlərdən danışıb. H.Əsədovu təbrik edən sədr yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

ASCO-nun sədri deyib ki, H.Əsədova hər zaman böyük etimad göstərilib, ölkənin müxtəlif vacib qurum və strukturlarında yüksək vəzifələr tutub. R.Vəliyev əminliyini ifadə edib ki, ADDA elmi potensialını H.Əsədovun zəngin təcrübəsi hesabına gücləndirməkdə davam edəcək, kadr hazırlığının səviyyəsini daha da yüksəldəcək.

ADDA-nın yeni rektoru H.Əsədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.

OXŞAR XƏBƏRLƏR

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbul...

İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə TƏLTİF EDİLDİ

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Ə...

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 188-ə yüksəlib.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yard...

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

ABŞ Ticarət Nazirliyi Amerika yarımkeçirici (çip) texnologiyalarının Çin ordusuna çatmasının qarşısını almaq üçün əvvəllər tətbiq etdiyi sanksiyaları sərtləşdir...

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Bolqarıstanın ölkəmizdə səfərdə olan prezidenti Rumen Radev ilə görüşüb.   Sfera.az xəbər verir ki,...

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini MÜZAKİRƏ ETDİ

Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edirəm.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Baş ...