Həmyerlisini Qulinin əlindən alan Əhməd Şalinski azadlığa çıxır - FOTO/VİDEO

Həmyerlisini Qulinin əlindən alan Əhməd Şalinski azadlığa çıxır - FOTO/VİDEO
Yayın ilk günlərində həbsdən daha bir tanınmış oğru çıxacaq.

Sfera.az xəbər verir ki, bu qanuni oğru gənc də olsa, ağırçəkili avtoritetlər siyahısındadır.  Söhbət Əhməd Dombayevdən gedir. Çeçen qanuni oğru Əhməd Şalinski ləqəbilə tanınır.

10 illlik həbs cəzasını başa vuran Dombaev içəridə özünü əsil lider kimi göstərib. O kriminal aləmin ən tanınmışları ilə baş-başa gəlməkdən çəkinməyib. Hətta konfliktlərdən qalib çıxıb. Hazırda Çelyabinskdə cəza çəkən Dombayev  məhkumluğunun ilk illərində Lipetsk qapalı təcridxanasında saxlanılırdı.
Həmin vaxt orda Yaponçik və Ded Xasan kimi kriminal aləmin "generallimus”u  sayılan Taro ləqəbli Tariel Oniani də cəza çəkirdi.
Gənc Şalinskinin həbsxanada bütün işləri idarə etməsi Taronu qıcıqlandırmışdı. Oniani ona qarşı planlar qurmağa başladı.
Bundan xəbərdar olan Dombaev Taro ilə haqq-hesab çəkmək üçün onun kamerasına can atdı. Ancaq bu asan deyildi. Hətta mümkünsüz idi. Yaponçik və Ded Xasanın ölümündən sonra Taronu hər yerdə qoruyurdular. Mühavizəçiləri vardı. Şalinskidən qorunması üçün Onianinin kamerası dəyişdirildi.

Dombayev azadlığa çıxsa, güclü qruplaşma yaradacaq. Əvvala Çeçenistanda vətənində dayaqları güclüdür. Başqa çeçen oğruların vətəndə hörməti o qədər qalmayıb. Əvvəllər Kor Hüseyn (Hüseyn Əhmədov) yaxşı qaşılanırdı. Ancaq ötən il narkotiklə tutuldu deyə hörməti azaldı. Digər çeçen oğru Əziz Batukayevin də avtoriteti güclü deyil. Həm də Lotu Quli ilə konflikti onun sonuna çıxacaqdı. Yalnız Dombaev həbsxanadan Quliyə zəng edib xahiş-minnət edəndən sonra Quli Əzizdən əl çəkdi. Əks halda Batukayevi başında güllə zibilxanadan meyiti tapılacaqdı.

İlqar Atabəyli
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR