Hansı məktəblərə istilik verilmir? - RƏSMİ CAVAB

Hansı məktəblərə istilik verilmir? - RƏSMİ CAVAB

Şəki, Astara, Qax, Qəbələ, Qusar, İsmayıllı, Qobustan rayonlarındakı orta məktəblərin istiliklə təminatında problemlər yaranıb.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bölgələrlə yanaşı, Bakının da 165, 137 və 198 saylı məktəblərində oxşar problemlər yaranıb. Məktəblərdə istilik sistemi ilə bağlı problemin əsas səbəblərindən biri verilən qazın təzyiqinin aşağı olmasıdır.

Nazirlikdən əlavə edilib ki, qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar, daha çox dağlıq və dağətəyi rayonlarda şagirdlərin dərsə davamiyyəti kəskin şəkildə aşağı düşüb. Soyuq hava şəraiti Bakının mürəkkəb relyefli ərazilərində yerləşən məktəblərdə də davamiyyətə təsir edib.

Nazirlikdən qeyd edilib ki, şaxtalı hava şəraiti ilə əlaqədar sabah da məktəblərdə davamiyyətin zəif olacağı gözlənilir.

Hazırda Təhsil Nazirliyinin məsul əməkdaşları mütəmadi olaraq, rayonlarla əlaqə saxlayır, yerlərdə tədrisin təşkili barədə məlumatlar toplayır və onları təhlil edirlər.

Qeyd edək ki, ölkə ərazisində yanvarın 31-dən fevralın 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib. Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.
Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...