Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı
Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib... Sakinlər də çətinliklə hərəkət edirlər... Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki, uzun müddətdir bu problemlə üz-üzədirlər. Hətta, ərazi müxtəlif su canlılarının, o cümlədən də çömçəquyruqların məskəninə çevrilib. Müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, məsələ həllin