Meşədən meyitləri tapılan gənclər qohum olublar
Lənkəranda meşədən meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əminəvəsi olduğu məlum olub. Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, X.Mirzəyevin atası Vurğun Mirzəyev oğlu ilə evdən çıxan gün danışdığını bildirib. “Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəsə problem olduğunu soruşdum, dedi salamatçılıqdır, anam oradadır, yanına gedirəm. Üstündən bir gün keçdi, ona zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur. Dedilər Bakıya gediblər. Dünən xəbər çatdı ki,