Ət qutabı yox, at qutabı yeyirmişik...- VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində hazırlanan ət qutabında at DNT-si müəyyən edilib. Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, daxil olan müraciət əsasında Agentliyin əməkdaşları obyektdə yoxlama keçirib: “Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz