Göyçayda silahlı narkotacir tutuldu
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-dən Sfera.az -a verilən məlumata görə, tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb. Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı odlu silah tapança aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik