Nizami metrosunun yaxınlığında yol çökdü - FOTO
Paytaxtın mərkəzi ərazilərindən birində yol infrastrukturu ilə bağlı ciddi problem yaranıb. Sfera.az xəbər verir ki, Nizami metrosundan yuxarı hissədə, Cəfər Cabbarlı küçəsinin yaxınlığında yerləşən məhəllədaxili yolda çökmə baş verib. Ərazidə çəkilən görüntülərdən də aydın olur ki, son günlər yağan aramsız yağışlardan sonra yolun bir hissəsi tamamilə dağılıb, asfalt örtüyü yararsız hala düşüb. Nəticədə həm piyadaların, həm də avtomobillərin hərəkəti xeyli çətinləşib. Sakinlərin sözlərinə görə,