Azərbaycanın Xalq artisti vəfat etdi
Görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, 97 yaşlı Xalq artisti bu gün dünyasını dəyişib. Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları - Ziqfrid (“Qu gölü”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), Polad (“Qız qalası”), Azad (“Gülşən), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) və s. böyük uğurla ifa edib,