Çökən univermaqla bağlı İcra Hakimiyyətindən - Açıqlama
Hadisə
11:42 / 27.01.2016
2709
“Suraxanı rayonu ərazisində dam örtüyü uçan bina 20 ildən artıqdır ki, fəaliyyət göstərmir”.
Sfera.az xəbər verir ki, bunu report-a Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov deyib.
"Hadisə zamanı xəsarət alanlar binanın dam örtüyünü qardan təmizləmək üçün ora çıxan şəxslərdir. Həm küləyin, həm də qarın ağırlığına tab gətirməyən dam örtüyü çöküb və həmin iki nəfər xəsarət alıb", - deyə o bildirib.
Şöbə müdiri əlavə edib ki, Bakı şəhəri ərazisində ən çox qar Suraxanı rayonuna düşüb.