Logo

Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb

Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını 50 metr dərəyə aşıb.

Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR