Xalq artisti AĞIR QƏZAya görə HƏBS OLUNUB: Ölən oldu-olmadı, yadımda deyil - FOTO
Kateqoriya məlum deyil
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "Hər şey daxil"də illər öncə törətdiyi qəzadan danışıb.
Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, xalq artisti buna görə Gəncədə məhbəs həyatı yaşadığını bildirib.

Rəmiş efirdə türmə həyatının yaxşı olduğunu deyib:
"1980-ci ildə bir qəza törətdim. Ölən oldu, olmadı, yadımda deyil. Amma məni də tutdular. 1-2 il Gəncədə türmədə qaldım. Türmə də yaxşı yerdir. Amma evdə ana-bacı onun fikrindən xəstəlik tapırlar".






