“20 Yanvar” metrosunun çıxışında faciə - 41 yaşlı kişi öldü
Kateqoriya məlum deyil
Paytaxtın Yasamal rayonu ərazisində - metronun "20 Yanvar" stansiyasının çıxışında piyada qəfil ölüb.
Sfera.az xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.
Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.\\qafqazinfo






