Logo

Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb

Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yevlax rayonunda yük və sərnişin avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub.

Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.\\apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR