Azərbaycanda palçıq vulkanı püskürdü - Video
Kateqoriya məlum deyil
Azərbaycanda palçıq vulkanlarından birində püskürmə baş verib.
Sfera.az bildirir ki, hadisə bu gün təxminən saat 15 radələrində Çeyildağ adlanan ərazidə qeydə alınıb.
Şahidlərin sözlərinə görə, püskürmə zamanı əraziyə tüstü və palçıq kütləsi yayılıb.
Qeyd edək ki, bu vulkan Bakının Qaradağ rayonunda yerləşir./oxu.az






