Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
Kateqoriya məlum deyil
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.






