Logo

Ağır qəza baş verdi: 4 nəfər öldü

Ağır qəza baş verdi: 4 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş verən ağır qəza ilə bağlı açıqlama verib.

Sfera.az bildirir ki, idarədən modern.az-a verilən məlumata görə, saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.

***

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

"Tofaş" və "Opel" maşının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Qəzada ölənlər Sənan Dərgahquliyev (1994), onun yazyaşlı oğlu və azyaşlı bacısı oğludur.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb./teleqraf

Fotolar3
Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR