Yevlaxda ağır yol qəzası: İki nəfər öldü
Kateqoriya məlum deyil
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində baş verib.
Qəza zamanı Naftalan sakinləri – 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır./Trend






